19.10.2017

Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi ilə əlaqadar

Bərdə rayonunda IX-XI sinif şagirdləri arasında  inşa müsabiqəsi keçirilmişdir

Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi ilə əlaqadar

Bərdə rayonunda IX-XI sinif şagirdləri arasında  inşa müsabiqəsi keçirilmişdir

 

            Bərdə rayon Təhsil  Şöbəsi və YAP-ın Bərdə rayon Təşkilatı  ilə birgə keçirdiyi YAP-ın yaradılmasının 25-ci il dönümü ilə bağlı Bərdə şəhər 3 nömrəli məktəbdə Bərdə rayon Təhsil Şöbəsinin tabeliyində olan məktəblərdən 3 nəfər IX-XI sinif  şagirdləri  olmaqla 27 nəfər şagird inşa yazı müsabiqəsində iştrak etdilər.

Ətraflı
08.10.2017

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

 

Bu bayram dünyanın 100-dən çox ölkəsində qeyd olunur

 

Beynəlxalq Müəllimlər Gününün qeyd olunması ilə bağlı qərarı YUNESKO 1966-cı il oktyabrın 5-də vermişdir. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunmuşdur. İndi oktyabrın 5-ni dünyanın 100-dən artıq ölkəsi müəllimlərin peşə bayramı kimi qeyd edir. Müstəqil Azərbaycanda isə bu bayramın keçirilməsi ilə bağlı sərəncamı ulu öndər Heydər Əliyev vermişdir. 

23.09.2017

21 sentyabr- Beynəlxalq  Sülh  günü

   21  sentyabr 2017-ci il tarixdə Akademik Z.Əliyeva adına texniki fənnlər təmayüllü məktəb-liseydə Bərdə rayon  Gənclər və İdman  idarəsinin, Təhsil şöbəsinin   və  məktəb-liseyin birgə  təşkilatçılığı ilə  “ 21 sentyabr- Beynəlxalq  Sülh  günü“ nə həsr olunmuş ” Biz sülhə səs veririk” mövzusunda  yeniyetmə  və  gənclərin  iştirakı ilə   diskussiya  keçirilmişdir.

                                                                                         İştirak   edirdi:          76      nəfər

09.09.2017

Bərdə Rayon  ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin sentyabr konfransı keçirildi.

  Təhsil işçiləri əvvəlcə  Ulu Öndərin xatirəsini yad edərək abidəsinin önünə gül-çiçək dəstələri qoydular.  Tədbir Mədəniyyət Mərkəzinin zalında davam etdirildi

Ətraflı
01.09.2017

İşıqlı gələcəyin qurucuları

TƏLƏBƏ ADINIZ MÜBARƏK Bərdə gəncləri. 30.08.2017-ci il tarixində 2016-2017-ci tədris ilində BƏRDƏ TƏHSİLİNİN UĞURLARI olaraq tələbə adını qazanmışlarla Bərdə Rayon Mədəniyyət evində şörüş keçirildi. İlk öncə Bərdə ziylıları və tələbə adını qazanmışlarla birlikdə Ulu Öndər Heydər Əliyevin büstü qarşısına tər çiçəklər qoyuldu. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, RİH-nin müavini Fəqət Şadlinski, RTŞ-nin müdiri Rzaqulu Şərifov, Rayon ziyalıları və valideyinlər iştirak etmişlər. İlk öncə Azərbaycanın Dövlət himni sələdirildi.Bərdə Təhsilində müəllimlərimizin əməyi nəticəsində böyük uğur əldə olunmuşdur. 484 nəfər Bərdəli tələbə adını qazanmışdır.33 nəfər 600-dən, 72 nəfər 500-dən yuxarı nəticə göstərmişdir. İki nəfər orta məktəbi qızıl medalla və həmin məzunlar 695 bal və bir nəfər 681 bal toplayaraq Prezident təqayüdünə namizəd olmuşdur.Qeyd edək ki, Bərdə gənclərinin 27 nəfəri Azərbaycan Tibb Universitetinə, 15 nəfəri BDU-nə, 15 nəfəri Xüsusi Təinatlı məktəblərə və s. qəbul olmuşdur.Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev cənabları tədbirin sonunda məzunların hər birini təbrik edərək hədiyyələr təqdim etdi.

22.08.2017

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir

Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada aparılan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir. Bu mərhələdə  müəllimlərin psixoloji durumu, ümumi dünyagörüşü yoxlanılır. Müsahibə mərhələsi avqustun 26-dək davam edəcək.

Ətraflı
01.08.2017

Təhsil naziri Zaqatala şəhərində vətəndaşları qəbul edib

Avqustun 1-də təhsil naziri Mikayıl Cabbarov Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayon sakinlərini qəbul edib.

Ətraflı
31.07.2017

Təhsil naziri Tovuz şəhərində vətəndaşları qəbul edib

İyulun 31-də təhsil naziri Mikayıl Cabbarov Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayon sakinlərini qəbul edib.

Ətraflı
25.07.2017

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başlayıb

İyulun 25-də ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə start verilib. 

Ətraflı
24.07.2017

Modul tipli məktəblərin quraşdırılması davam edir

Ölkəmizdə modul tipli məktəblərin quraşdırılması davam edir.

Ətraflı
24.07.2017

Təhsil naziri Zaqatala şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 1 avqust 2017-ci il tarixində saat 11:00-da Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayon sakinlərini qəbul edəcək.

Ətraflı
14.06.2017

Bu il XI sinifləri 84 088 nəfər şagird bitirir

2016-2017-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi  (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagird bitirəcək.

Ətraflı