08.10.2017

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür  

Müəllim peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. Ulu öndər həkimiyyətdə olduğu bütün dövrlərdə müəllim əməyinə yüksək qiymət verilməsi, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli qərarlar qəbul eimişdir.Ulu öndərin siyasi kursunun uğurlu davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev də milli təhsilin inkişafına, müəllimlərin sosial vəziyyətinin yaxşılaşmasına həmişə xüsusi qayğı ilə yanaşmışdır. Məhz bu qayğının nəticəsidir ki, Azərbaycanda müəllimin nüfuzu ilbəil artır, güzəranı getdikcə yaxşılaşır.Cəmiyyətdə belə bir fikir formalaşıb ki, müəllim əməyi əsl vətənpərvərlik nümunəsidir. Xalq arasında deyilir ki , müəllim dəyişəndə cəmiyyət də dəyişir. Söz yox ki, müəllim təhsildə əsas sima, ən nüfuzlu şəxsdir. Azərbaycan dövləti onların şərəfli əməyini həmişə yüksək qiymətləndirib.

Təhsil naziri Mikayıl Cabbarovun 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan müəllimlərini təbrik edib.

“Təhsilin keyfiyyəti müəllimin səviyyəsinə bağlıdır. XXI əsrin tələbləri baxımından Azərbaycan Respublikası vətəndaşı peşəkar keyfiyyətlərə malik müəllim amilindən  bilavasitə asılıdır. Ona görə də müəllim hazırlığı və peşəkar inkişafı, işə qəbul prosesində qarşıya qoyduğumuz  əsas məqsəd şəffaflığın qorunmasını və keyfiyyəti təmin etməkdir. Əziz müəllimlər! Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakının 311 nömrəli tam orta  məktəbində çıxışı zamanı irəli sürdüyü proqram əsaslı müddəalar - milli-mənəvi ruhda təhsil, vətəndaş tərbiyəsi və peşəkar olmağın önəmi ilə bağlı idi. Bu, təhsildə dəyərlər anlayışının ali səviyyədə bəyanı idi. Biz də bu ideyaya əsaslanaraq təhsildə dəyərlər anlayışını fəaliyyətimizin yol xəritəsinə çevirməliyik”.
Qeyd edək ki Beynəlxalq Müəllim günü ilə bağlı Bərdə rayon Təhsil şöbəsində də geniş tədbir keçirilmişdir.Tədbirdə Bərdə Təhsil şöbəsinin bir qrup ziyalısı iştrak etmişdir.Beləki bu tədris ilində  yüksək nailiyətlərimizdən söhbət açaraq giriş sözü ilə Bərdə Təhsil şöbəsinin müdiri R. Şərifov çıxış etmişdir.Bi il təhsildə yüksək nəticələr əldə etmiş 2 təhsil işçimizə Əməkdar müəllim fəxri adı verilmişdir