20.10.2017

Bərdə rayonunda Azərbaycan Respublikası Təhsil Nazirliyi  Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin  kütləvi idman tədbirləri keçirilmişdir

Oktyabr 2017-ci il tarixində  Azərbaycanın Milli qəhrəmanı F.Muradov adına Bərdə şəhər  7  nömrəli tam orta məktəb, Ak. Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseydə   Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin  kütləvi idman tədbirlərinin təqvim planına əsasən Bərdə rayon  Təhsil Şöbəsi  ümumtəhsil məktəb şagirdləri   ( 2001-2002-ci il təvəllüdlü )  arasında “ Müstəqillik Günü “ nə həsr olunmuş Oğlanlar və qızlardan ibarət  Futbol və  Voleybol  yarışları təşkil etmişdir. Yarışda  5 şəhər və 7 kənd məktəblərindən  240 nəfər şagird iştirak etmişdir.