21.11.2017

Bərdədə “Güllə atıcılığı” yarışı  

20 noyabr 2017 ci ildə  Bərdə rayon Təhsil şöbəsi rayon Gənclər və Idman idarəsi ilə birlikdə şəhid Alı Mustafayev adına 5 saylı tam orta məktəbdə 20 noyabr 1991 ci il tarixdə Qarakənd kəndi üzərində ermənilər tərəfindən helekopterdə vurulmuş həmyerlilərimizin xatirəsinə həsr olunmuş tədbirdə “Güllə atıcılığı” üzrə VII ənənvi məktəblərarası rayon birinciliyi yarışı keçirilmişdir.

Yarışda 55 məktəbdən hər birindən iki qız iki oğlan olmaqla 220 nəfər 10 -11 sinif şagirdləri iştirak etmişdir. Yarişda birinci yeri Mustafaağalı kənd tam orta məktəbi, ikinci yeri Yeni Daşkənd kənd tam orta məktəbi və üçüncü yeri Kələntərli kənd tam orta məktəbin komandaları tutmuşdur. Həmin komandalar müvafiq olaraq Gənclər və Idman idarəsinin diplomları ilə təltif edilmişlər. Fərdi qaydada qizlardan birinci yeri Mustafaağalı kənd tam orta məktəbin şagirdi Aytən Mahmudova, oğlanlardan isə şəhər 3 saylı tam orta məktəbin şagirdi Rəşad Mahmudov tutmuş və onlar da diplomla mükafatlandirılmışlar. Yarışın baş hakimi rayon Təhsil şöbəsinin Gənclərin Çağırışaqədərki fənn metodisti İsa Abbasov , hakimlər Anar Rəsulov, Aydın Qasımov, Abdullazadə İsmayıl və Yavər Şükürov olmuşdur. Yarişda baş hakim İ.Abbasov yarış barədə iştirakçılara ətraflı məlumat vermiş, yarışın gənclərdə döyüş ruhunu yüksəltməsindən danışmışdır. Yarışda Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. 

 


Açar sözlər: