21.11.2017

17 noyabr Milli Dirçəliş Günü ilə bağlı inşa müsabiqəsi

  Bərdə şəhəri üzrə Təhsil Şöbəsinin tabeliyindəki təhsil müəssisələrində  17 noyabr Milli Dirçəliş Günü ilə əlaqədar tədbirlər keçirilib. Ümumtəhsil müəssisələrində məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə Milli Dirçəliş Gününə həsr edilmiş konfrans, "Dəyirmi masa", seminar və mühazirələr təşkil edilib. Bundan əlavə 17 noyabr 2017-ci il tarixində şagirdlər arasında "Xalqın, Vətənin taleyi hər bir gəncin taleyinə çevrilməlidir" mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Müsabiqədə yer tutan şagirdlər mükafatlandırılıb. 


Açar sözlər: