22.02.2018

“ Ana dilim” adlı tədbir keçirilib

Fevralın 21-də şəhər 3 nömrəli tam orta məktəbdə 21 fevral Beynəlxalq Ana dili Günü münasibətilə “ Ana dilim” adlı tədbir keçirilib. Tədbirdə təhsil şöbəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.

 Tədbirdə Beynəlxalq Ana Dili Gününün tarixindən danışılıb, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər yetirilib.

Şagirdlərə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirməklə bağlı söhbət açılıb. Qeyd olunub ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri olub. Bu gün də Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına qayğı ilə yanaşır.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Şagirdlər ana dilimizə həsr edilmiş şeirlər söyləyib, bədii kompozisiyalar nümayiş ediblər.

 


Açar sözlər: ,  ,