22.02.2018

Şagirdlərimizin Xocalı Soyqırımına həsr edilmiş karate idman növü üzrə açıq birinciliyində nəticələri

Bərdə şəhər  7 nömrəli tam orta məktəbin şagirdləri İnam idman klubunun təşkilatçılığı ilə Gəncə şəhərində Xocalı Soyqırımına həsr edilmiş karate idman növü üzrə  açıq birinciliyində əla nəticə göstərib və I, II, III yerlərə layiq görülərək diplomla təltif olunublar.

 Məktəbin direktoru M.Mustafayeva qalibiyyətləri münasibərtilə onları təbrik edib.