05.03.2018

"5 mart – Bədən Tərbiyəsi və İdman Günü" nə həsr olunmuş rayon birinciliyi keçirilib 

                5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə Bərdə şəhər 7 nömrəli tam orta məktəbdə ümumtəhsil məktəblərinin VII sinif şagirdləri arasında rayon birinciliyi keçirilib.

                Yarışdan öncə RTŞ-nin metodisti Anar Rəsulov çıxış edərək bildirib ki, bu yarışın keçirilməsində əsas məqsəd gənc­lər arasında idmanın kütləviliyinə, istedadlı şagirdlərin aşkara çıxarılmasına, həmçinin onların asudə vaxtlarının səmərəli təşkilinə nail olmaqdır. 
                Yarışın nəticələrinə görə, 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülən komandalara hədiyyələr, digər yarış iştirakçılarına isə diplomları təqdim edilib.


Açar sözlər: ,  ,