06.03.2018

"Pedaqoji əməkdaşlıq əlqələrinin təşkili" çərçivəsində  "Açıq qapı" günü təşkil olunub

        Martın 6-da "Pedaqoji əməkdaşlıq əlaqələrinin təşkili" çərçivəsində Ağdam şəhər təhsil şöbəsi 1 nömrəli tam orta məktəbdə “Açıq qapı” günü təşkil edib.

        Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması barədə” 5 yanvar 2018-ci il tarixli 21 nömrəli əmrinə əsasən Bərdə, Ağdam və Tərtər RTŞ-lərinin Metodiki Xidmət Mərkəzlərinin nümayəndələri  “Açıq qapı” günündə iştirak edib, məktəbə baxış keçirib, dərsləri izləyib və dərs prosesi ilə tanış olublar.

        Ümumilikdə 3 dərs izlənildikdən sonra Bərdə, Tərtər və Ağdam Şəhər Təhsil İdarələrinin Metodiki Xidmət Mərkəzlərinin nümayəndələri təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən danışıb, məktəbin pedoqoji kollektivi ilə birlikdə keçirilən dərsləri müzakirə ediblər.

        Görüşdən məmnun qaldıqlarını qeyd edən RTŞ-lərinin nümayəndələri pedaqoji əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, təhsil əlaqələri ilə bağlı müzakirələr aparıblar.