25.01.2019

Şahmat üzrə rayon birinciliyi keçirilib

             Yanvar ayının 21-25-i tarixlərində Bərdə Rayon Təhsil Şöbəsi, Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “2 fevral-Gənclər günü”nə həsr olunmuş şagirdlər arasında şahmat üzrə rayon birinciliyi keçirilib.

             Yarışda Bərdə RTŞ-nin tabeliyində fəaliyyət göstərən 8 şəhər məktəbinin II, IV sinif şagirdləri iştirak ediblər.

          Gərgin mübarizə şəraitində keçən birincilikdə uğurla iştirak edən şəhər 8 nömrəli tam orta məktəbin komandası I, şəhər 5 nömrəli tam orta məktəbin komandası II, 3 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

        Qalib komandalar “02 fevral Gənclər günü” münasibətilə keçirilən tədbirdə müvafiq dərəcəli diplomlar və xatirə hədiyələri ilə təltif olunacaqlar.


Açar sözlər: ,  ,  ,