04.02.2019

Respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib

            Fevralın 3-də Bərdə rayonu üzrə məktəblilərin respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib.

            Olimpiadanın rayon mərhələsi şəhər 5 nömrəli tam orta məktəbdə təşkil edilib.

            Bilik yarışında IX, X və XI, həmçinin xüsusi istedada və hazırlığa malik VIII sinif şagirdləri iştirak ediblər.

            Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix fənləri üzrə təşkil edilib.

        Olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkarlanması, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin olunması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasıdır.

            Qeyd edək ki, respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilir.