03.09.2019

Bərdə, Tərtər və Ağdam rayon təhsil təhsil işçilərinin sentyabr konfransı keçirilib

          Sentyabr ayının 3-də Bərdə Şəhər İcra Hakimiyyətinin iclas zalında Bərdə, Tərtər və Ağdam rayon təhsil işçilərinin sentyabr konfransının plenar müşavirələri keçirilib.

            Konfransda Azərbaycan Respublikası Təhsil Nazirinin müavini, fəlsəfə elmləri doktoru Məhəbbət Vəliyeva, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Bərdə, Ağdam, Tərtər rayonunun təhsil işçiləri, KİV nümayəndələri iştirak ediblər.

            Konfransı Məhəbbət Vəliyeva açıq elan edib. Sonra Dövlət Himni səsləndirilərək, Akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseyin şagirdləri hazırladıqları kompazisiya ilə konfrans iştirakçılarını salamlayıblar.

       Bərdə RTŞ-nin müdiri Rzaqulu Şərifov, Ağdam  RTŞ-nin müdiri Mətanət Misirxanova, Tərtər RTŞ-nin vəzifəsini icra edən Elvin Umudov hesabat məruzəsi ilə çıxış ediblər. Daha sonra Məhəbbət Vəliyeva geniş çıxış edərək hesabatlara öz münasibətini bildirib və  hər üç rayonun hesabatının qənaətbəxş olduğunu diqqətə çatdırıb.

           Təhsil müavini qəbul imtahanlarında zəif nəticə göstərən məktəblərin fəaliyyətinin artırılmasının vacibliyini vurğulayıb. O, məktəbdaxili qiymətləndirmənin obyektiv aparılmasının qəbul imtahanının nəticələrinə təsir göstərdiyini bildirərək, məktəblərdə diaqnostik və formativ qiymətləndirməyə nəzarətin artırılmasını qeyd edib.

           Sonda M. Vəliyeva 2019-2020-ci dərs ilində təhsil işçilərinə qarşılarına qoyulan vəzifələri layiqincə yerinə yetirmələri üçün tövsiyələrini verib və yeni tədris ilində təhsil işçilərinə uğurlar arzulayıb.

              Konfrans müzakirələrlə davam etdirilib


Açar sözlər: ,  ,