04.09.2019

Metodik bölmə iclasları keçirilib

            Sentyabrın 4-də Bərdə rayonunda ənənəvi sentyabr konfransının metodik bölmə iclasları keçirilib. İclaslar 15 bölmə üzrə aparılıb.

            Məktəb rəhbərlərinin iştirakı ilə keçirilən iclasda təhsil sahəsi üzrə hüquqi normativ sənədlərdən irəli gələn vəzifələr müzakirə olunub, yeni tədris ilində qarşıya qoyulan vəzifələr diqqətə çatdırılıb.

          Fənlər üzrə iclaslarda müəllimlərə fənn programında və dərsliklərdəki dəyişikliklər və əlavələr bildirilib, kurrikulum siniflər üzrə dərslik və proqramlar müzakirə olunub, kəçən dərs ilinin yekunlarına əsasən fənnin tədrisi ilə bağlı məsələlər geniş təhlil olunub.


Açar sözlər: ,  ,