30.09.2019

Gənclərin Çagrişaqədərki Hərbi Hazirliq fənnini tədris edən müəllimlərlə birgə maarifləndirici seminar keçirilib

            Bərdə  RayonTəhsil Şöbəsində Gənclərin Çagrişaqədərki Hərbi Hazirliq fənnini tədris edən müəllimlərlə birgə maarifləndirici seminar keçirilib. Seminarda  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə Rayon Şöbəsinin zabiti Emin Ağayev, təhsil şöbəsinin metodisti İsa Abbasov və müəllimlər iştirak ediblər.

              Tədbirdə müəllimlərə Gənclərin Çagrişaqədərki Hərbi Hazirliq fənni rəhbərlərinin tədris ili ərzində vətənpərvərlik tərbiyyəsinin təşkili sahəsində görəcəyi işlər, 2005-ci il təvəllüdlü oğlanların qeydiyyatdan keçərkən hazırlanacaq sənədlər və fənnin tədrisi ilə bağlı maddi tədris bazasının təşkili haqqında  məlumatlar  verilib,  rəy  və  təkliflər dinlənilib.


Açar sözlər: ,  ,