04.10.2019

Sevinc Məmmədova “Əməkdar müəllim” fəxri adına layiq görülüb

        Təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Bərdə şəhər 8 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Sevinc Məmmədova “Əməkdar müəllim” fəxri adına layiq görülüb. 24 ildir ki, müəllim peşəsini şərəf və layaqətlə daşıyan, şagirdlərin sevimlisi Sevinc müəllim 2017-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant” müsabiqəsinin qalibi olub. 2018-ci ildə isə Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika “Pedoqoji Mühazirələr”inin nəticələrinə görə II dərəcələi diplomla təltif olunub.

                  Sevinc müəllim peşəsinə verilən dəyər və hörmət üçün öz təşəkkürünü bildirdi:

               “Müəllimlik şərəfli və məsuliyyətli peşədir. Dövlətimizin gələcəyi olan şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmaq, əsl vətənpərvər, dünyagörüşlü və savadlı şagirdlər yetişdirmək üçün daim var qüvvəmlə çalışıram. Öz peşəmi çox sevirəm və şagirdlərimə müəllimlik peşəsinin nə qədər ülvi, çətin, dəyərli, məsuliyyətli və şərəfli peşə olduğunu daima izah edir və onlara müəllimlik peşəsinə qarşı sevgi yaratmağa çalışıram. Prezidentimiz cənab İlham Əliyev tərəfindən “Əməkdar müəllim” adı ilə təltif olunduğum üçün çox sevinir, həm də qürur hissi keçirirəm.”


Açar sözlər: ,  ,