06.11.2019

“Məktəblərin “Facebook” səhifələrinin düzgün işləmə prinsipləri” mövzusunda təlim-seminar keçirilib

            Bərdə Rayon Təhsil Şöbəsində “Təhsil müəssisələrində media ilə işin düzgün qurulması, məktəblərin “Facebook” səhifələrinin düzgün işləmə prinsipləri” mövzusunda təlim-seminar keçirilib.

            Təlimdə media üzrə təlimçi, jurnalist Elmir Həsənov, təhsil şöbəsinin PR meneceri Zövqiyyə Əsədova və məktəb əlaqələndiriciləri iştirak ediblər.

             Tədbiri giriş sözü ilə açan Z.Əsədova bildirib ki, təlimin əsas məqsədi təhsil müəssisələrində ictimaiyyətlə əlaqələr fəaliyyətin daha da yaxşılaşdırılması, məktəblərin “Facebook” səhifələrinə cavabdeh şəxslərin bacarıq və peşəkarlıqlarının artırılmasıdır.

            Sonra seminarın təlimçisi E. Həsənov təlimə başlayıb. O, “Təhsil müəssisələrində ictimaiyyətlə əlaqələr fəaliyyətin strategiyası” mövzusunda təqdimatla çıxış edib və təlimin mövzusunu əks etdirən slaydlar göstərilib.

            Təlim-seminar məktəblərin “Facebook” səhifələrində rast gəlinən problemlərlə bağlı müzakirələrlə davam etdirilib.


Açar sözlər: ,