08.11.2019

9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar tədbirlər keçirilib

         Noyabrın 8-də Bərdə Şəhər Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar tədbirlər keçirilib.

            Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan tədbirlərdə məktəb kollektivi ilə yanaşı bir sıra qonaqlarda iştirak ediblər.

           Keçirilən tədbirlərdə əlamətdar gün münasibətilə məktəblilərin vətənərvərlik mövzusunda hazırladıqları şeirlər və mahnılar səslənib, bayrağımızın şəninə həsr olunmuş bədii kompazisiyalar nümayiş etdirililib.

             Qeyd edək ki, tədbirlərin keçirilməsində məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltməkdən ibarətdir.


Açar sözlər: ,  ,