11.02.2020

Növbəti təhsilyanı şura iclası keçirilib

   Bərdə Rayon Təhsil Şöbəsinin akt zalında növbəti təhsilyanı şura iclası keçirilib. İclasda təhsil şöbəsinin işçiləri, ümumtəhsil müəssisələrinin direktorları iştirak ediblər.

    İclasda gündəlikdə duran məsələlər müzakirə olunub, müvafiq məsələlər üzrə arayışlar təqdim olunub. O cümlədən Respublika Fənn Olimpiadalarının rayon mərhələsinin nəticələrinin təhlili və müzakirəsi edilib.

      Sonda görüləcək işlərlə bağlı olaraq Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov tərəfindən iclas iştirakçılarına tapşırıqlar verilib.


Açar sözlər: ,