13.02.2020

Xüsusi siniflərdə səviyyə müəyyən etmə imtahanı keçirilib

              Fevralın 12-də Bərdə şəhər 3, 5, 7, və 8 nömrəli tam orta məktəblərdə istedadlı şagirdlər üçün təşkil edilmiş xüsusi siniflərdə səviyyə müəyyən etmə imtahanı keçirilib. İmtahanda şagirdlər tərəfindən VII sinifdə riyaziyyat və informatika fənləri üzrə 50, VIII sinifdə isə fizika, kimya, biologiya fənləri üzrə  60 sual cavablandırılıb.  VII siniflər üçün imtahan müddəti 100 dəqiqə, VIII siniflər üçün isə 120 dəqiqə müəyyənləşdirilib.

          Qeyd edək ki, bu siniflər Təhsil Nazirliyinin 13 sentyabr 2019-cu il tarixli F-556 nömrəli əmrinə əsasən istedadlı şagirdlər üçün səmərəli təhsil şəraitinin yaradılması, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi və daha da inkişaf etdirilməsi məqsədi ilə yaradılıb.


Açar sözlər: ,  ,