31.05.2016

"Multikulturalizm ili"nə hərs olunmuş intellektual oyun üzrə 2016-cı ilin regional məktəb çempionatı keçirilib

       Ümumilikdə 58 komandanın qatıldığı "Multikulturalizm ili"nə hərs olunmuş intellektual yarış respublika üzrə 12 zonanı - Bakı, Gəncə, Sumqayıt, Naxşıvan, Şəmkir, Mingəçevir, Şirvan, İmişli, Lənkəran, Quba, Zaqatala, Göyçay şəhərlərini əhatə edib.

     Çempionatın əsas məqsədi gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına təkan vermək, eləcə də yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gənclərin aşkara çıxarılması, daha çox məktəblinin intellektual fəaliyyətə cəlb olunması, onların asudə vaxtının səmərəli təşkilini təmin etməkdən ibarətdir.

      Mingəçevir şəhərində 9 rayon arasında keçirilmiş "Multikulturalizm ili"nə hərs olunmuş intellektual zona yarışın qalibi Bərdə rayon komandası olmuşdur. Komanda üzvləri kubok və medallarla tətltif olunub.


Açar sözlər: ,