Rzaqulu Yaqub oğlu Şərifov
Müdir
1953-cü ildə Bərdə rayonunda anadan olmuşdur.
1973-cü ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunu Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirmişdir.
1973-1983-cü illərdə Bərdə rayonu Piyadalar kənd 8 illik məktəbdə müəllim, 1983-1987-ci illər həmin məktəbdə direktor, 1987-2004-cü illər Bərdə rayon Kətəlparaq kənd orta məktəbdə direktor, 2004-2013-cü illər Bərdə rayon Kətəlparaq kənd orta məktəbdə direktor, 2004-2013-cü illər Bərdə şəhər Ak.Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseydə direktor vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl Təhsil İşçisi”, Azərbaycan Respublikası Prezidentinin 04.10.2010-cu il tarixli, 1132 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11.03.2013-cü tarixli, 48-25-1193/16 saylı məktubuna, Bərdə Rayon İcra Hakimiyyəti Başçısının 27.03.2013-cü il tarixli. 52 nömrəli sərəncamına əsasən Bərdə Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, 3 övladı var.