29.01.2026

Tərtər rayonunda vətəndaş qəbulu keçirilib. 

Vətəndaş qəbulu mexanizmlərinin qurulması və təkmilləşdirilməsi əsas hədəflərimizdəndir.

 

Yanvarın 29-da Qarabağ Regional Təhsil İdarəsinin inzibati təşkilat sektorunun müdiri Qurban Məmmədov Tərtər rayonunda vətəndaş qəbulu keçirib.    

                                                                                                                        
Qəbul zamanı vətəndaşlar əsasən işlə təmin olunma, yerdəyişmə, əmək müqaviləsi müddətinin uzadılması həmçinin digər məsələlərlə bağlı müraciət ediblər.              

 

                                                                                                                            
Qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təklifləri dinlənilmiş, hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aiddiyatı üzrə müvafiq tapşırıqlar verilib