23.10.2026

Sertifikatlaşdırma prosesi ilə bağlı görüş keçirilib

Sertifikatlaşdırma prosesi ilə bağlı görüş keçirilib

 

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlər üçün sertifikatlaşdırma prosesi ilə bağlı məlumatlandırıcı görüş keçirilib.

 

Görüşdə sertifikatlaşdırmanın mərhələləri, qiymətləndirmə çərçivəsi, sualların sayı, bölmələr və mövzular barədə ətraflı məlumat verilib, nümunə test tapşırıqları izah olunub. Həmçinin sertifikatlaşdırmanın təhsilverənlərin peşəkar inkişafına, karyera yüksəlişinə və əməyinin stimullaşdırılmasına təsiri müzakirə edilib.

 

Tərbiyəçi-müəllimlərin sualları cavablandırılıb, onların sertifikatlaşdırma prosesinə hazırlığına dəstək məqsədilə müvafiq tövsiyələr verilib.

 

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinə hazırlığına dəstək məqsədilə bu istiqamətdə görüşlər davam etdirilir.