05.10.2026

Ağdam şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.  

Ağdam şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

 

Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin Bərdə şəhərində ucaldılmış abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb. 

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən İdarə müdiri Sənan Mənsimli təhsil işçilərini peşə bayramı münasibətilə təbrik edərək, müəllim əməyinin gələcək nəslin yetişdirilməsində və cəmiyyətin inkişafında mühüm rolunu vurğulayıb. İdarə müdiri bütün təhsil işçilərinə fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayıb.

 

Daha sonra bir qrup müəllim çıxış edərək müəllimlik peşəsinin məsuliyyətindən, təhsil sahəsində həyata keçirilən yeniliklərdən və müəllim əməyinə göstərilən diqqət və qayğıdan bəhs edib, həmkarlarını peşə bayramı münasibətilə təbrik ediblər.

 

Təhsildə nailiyyətləri və səmərəli fəaliyyəti ilə fərqlənən bir qrup təhsil işçisi İdarə müdiri tərəfindən təltif olunub. Təltif olunanlara təşəkkürnamə və müxtəlif hədiyyələr təqdim edilib.

 

Tədbirin bədii hissəsində məktəbin şagirdləri tərəfindən müəllimlərə həsr olunmuş şeirlər, musiqi nömrələri və bədii kompozisiyalar nümayiş etdirilib. 

 

Bütün müəllimlərimizi və təhsil işçilərimizi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edir, şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq!