Xankəndi şəhəri və Xocalı rayonları üzrə valideyn konfransı keçirilib
Konfransda tədris motivasiyasının artırılması, uşaqların psixoloji və emosional inkişafı, rəqəmsal təhlükəsizlik, sağlam həyat tərzi, gender bərabərliyi, erkən nikahın qarşısının alınması və uşaq hüquqlarının qorunmasında valideyn məsuliyyəti kimi mövzular müzakirə edilib.
Görüşdə məktəb və ailə arasında əməkdaşlığın gücləndirilməsinin, uşaqların sağlam və hərtərəfli inkişafında valideyn iştirakının əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, valideyn konfranslarının əsas məqsədi məktəb və məktəbəqədər təhsil müəssisələri ilə ailə arasında əməkdaşlığı gücləndirməklə uşağın hərtərəfli inkişafını təmin etmək, həmçinin valideyn iştirakını sistemli şəkildə təşviq etməkdir.