Qarabağ Regional Təhsil İdarəsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli Sərəncamına əsasən Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon təhsil şöbələrinin əsasında yaradılıb.

 

Azərbaycan Respublikası Təhsil nazirinin 11.04.2022-ci il tarixli F-184 nömrəli əmri ilə “Regional Təhsil İdarəsinin Nümunəvi əsasnaməsi” təsdiq edilib.

 

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində 447 ümumtəhsil müəssisəsi, 178 məktəbəqədər təhsil müəssisəsi, 14 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir