Əziz şagirdlər,
Novruz bayramı ilə əlaqədar Qarabağ Regional Təhsil İdarəsi tərəfindən #QarabağdaBaharSevinci# adlı müsabiqə keçirilir. Müsabiqənin ümumilikdə 4 qalibi olacaq.
Müsabiqə sonuncu çərşənbə olan Torpaq Çərşənbəsi münasibətilə elan olunur. Şagirdlərimizdən Torpaq çərşənbəsinin motivlərini, tarixini və əhəmiyyətini özündə cəmləşdirən əl işlərinin fotoları (yaxşı keyfiyyətdə, jpg formatında) aysan.amrahova.barda@gmail.com ünvanına göndərmələrini xahiş edirik. Göndərən zaman ad soyad və hansı məktəbi təmsil etdiyinizi mütləq qeyd etməlisiniz.
Şagirdlər torpaq çərşənbəsi ilə bağlı əl işlərinin fotolarını 15.03.2025 11:00-dək qeyd edilən elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd edək ki, şərtlərə uyğun gələn fotolar Qarabağ Regional Təhsil İdarəsinin facebook sosial şəbəkə hesabında paylaşılacaq. Paylaşılan əl işlərindən ən çox bəyənmə toplayan şagirdin əl işi qalib elan ediləcək. 4 çərşənbənin sonunda hər çərşənbənin qalibi elan edilərək, Qarabağ Regional Təhsil İdarəsi tərəfindən mükafatlandırılacaq.