01.10.2026

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında məşğələlərə başlanılıb

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında məşğələlərə başlanılıb

 

Oktyabrın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2026–2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.

 

Dövlət ümumi təhsil məktəblərində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Məşğələlər “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” istiqamətlərini əhatə edir.

 

Məktəbəhazırlıq qruplarında məşğələlərin təşkili 5 yaşlı uşaqların məktəb mühitinə uyğunlaşmasına, psixoloji dayanıqlığının artırılmasına, ünsiyyət və birgə fəaliyyət bacarıqlarının inkişafına imkan yaradır. Eyni zamanda, uşaqların təlim prosesinə hazırlığının formalaşdırılması və məktəb həyatına mərhələli şəkildə uyğunlaşması təmin olunur.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına qeydiyyat prosesi davam edir.