Qarabağ Regional Təhsil İdarəsi tərəfindən sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə görüş keçirilib.
Görüşdə Ağcabədi və Şuşa rayonları üzrə kimya, biologiya, coğrafiya, informatika və fizika müəllimləri və idarənin əməkdaşları iştirak ediblər.
Sertifikatlaşdırma prosesi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb, imtahanın təşkili qaydaları, gözlənilən nəticələr, çərçivə sənədi və digər məsələlər barədə geniş məlumat verilib. Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Təhsilverənlərin sertifikatlaşdırılmasında əsas məqsədin ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrini və peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdən ibarətdir.