Bərdə şəhəri akademik Zərifə Əliyeva adına liseydə Novruz bayramı ilə bağlı tədbir keçirilib.
Tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Yeni Azərbaycan Partiyasının Bərdə rayonu təşkilatının sədri Fəqət Şadlinskaya, Bərdə rayonu üzrə təhsil müəssisələrinin rəhbərləri və şagirdlər iştirak edib.
Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib. İdarə müdiri tədbir iştirakçılarını bayramı münasibətilə təbrik edib, onlara xoş arzularını bildirib.
Tədbir zamanı şagirdlərin baharın gəlişini, çərşənbələri və Novruz əhval-ruhiyyəsini əks etdirən maraqlı əl işləri nümayiş edilib.Şagirdlər və uşaq-gənclər inkşaf mərkəzlərinin dərnək üzvləri baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, maraqlı səhnəciklər nümayiş etdiriblər. Şagirdlərin ifasında milli rəqslər, xalq oyunları, Keçəl və Kosanın əhvalatları tədbirə rəngarənglik qatıb.