11.03.2025

Respublika Fənn Olimpiadalarının finalçıları ilə görüş keçirilib.  

Respublika Fənn Olimpiadalarının finalçıları ilə görüş keçirilib


Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Respublika Fənn Olimpiadalarının final mərhələsinə vəsiqə qazanmış şagirdlər, valideynləri, onların fənn müəllimləri və məktəb direktorları ilə görüş keçirib. Görüşdə olimpiada nəticələri təqdim edilib, şagirdlərin nailiyyətləri və final mərhələsinə hazırlıq prosesi müzakirə olunub.

 

Daha sonra şagirdlər və fənn müəllimləri şagirdlərin hazırlıq prosesində qarşılaşdıqları çətinliklər və bu çətinliklərin aradan qaldırılması yolları barədə söhbət aparılıb.Tədbirin sonunda iştirakçılara uğurlar arzulanıb.

 

Qeyd edək ki, Qarabağ Regional Təhsil İdarəsi üzrə  ümumilikdə 21 nəfər şagird final mərhələsində iştirak edəcək.


Açar sözlər: