02.02.2026

2 Fevral – Azərbaycan Gənclər Günü münasibətilə tədbir keçirilib.  

2 Fevral – Azərbaycan Gənclər Günü münasibətilə tədbir keçirilib.

 

2 Fevral – Azərbaycan Gənclər Günü münasibətilə Bərdə şəhər Elgiz Kərimov adına 4 nömrəli tam orta məktəbdə tədbir təşkil olunub. Tədbirdə sektor müdirləri, müəssisə rəhbərləri və gənc müəllimlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Ardınca Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

 

Tədbirdə çıxış edən İnzibati-təşkilat sektorunun müdiri Qurban Məmmədov ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini vurğulayıb. O qeyd edib ki, gənclər siyasəti hər zaman dövlətin prioritet istiqamətlərindən biri olub və bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan gəncliyinin dövlət və cəmiyyətin inkişafındakı rolu, gənclərin vətənpərvərlik və azərbaycançılıq ideologiyası ruhunda tərbiyə edilməsi Ulu Öndərin siyasi xəttinin mühüm istiqamətlərindəndir.

 

Tədbir çərçivəsində nailiyyətləri ilə fərqlənən bir qrup təhsil işçisi təltif olunub. Sonda tədbirin bədii hissəsi nümayiş etdirilib