Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi tam orta təhsil müəssisələrinə müəllimlərin qəbuluna başlanılır.
Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən aşağıda adları qeyd olunmuş ümumi təhsil müəssisələrində fənn müəllimlərinin qəbuluna başlanılır:
Ağcabədi şəhəri M.Aranlı adına 11 nömrəli tam orta ümumtəhsil məktəbi
Bərdə şəhəri Elgiz Kərimov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi
Horadiz şəhəri Mahir Səfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi
Tərtər şəhəri Rafiq Nuriyev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbi
Bu təhsil müəssisələrində tədris prosesi yüksək akademik göstəricilərə malik, peşəkar və motivasiyalı pedaqoji heyət tərəfindən təşkil olunacaq. Odur ki, qeyd olunan təhsil müəssisələrində çalışmaq və gələcək uğurlu nəslin formalaşmasında rol oynamaq istəyən müəllimləri müsahibə üçün qeydiyyatdan keçməyə dəvət edirik:
https://forms.gle/oXwqLnKyWupNbWDC9
Müsahibədə qiymətləndirmə göstəricisi (MİQ, DQ, və ya Sertifikatlaşdırma) 85% və daha yüksək olan ali təhsilli müəllimlər iştirak edə bilərlər.
Qeydiyyat üçün son tarix: 31 iyul
Qeyd edək ki, təmayül tədris modeli şagirdlərin fərdi maraq və potensialının üzə çıxarılmasına, onların seçdikləri istiqamət üzrə daha dərin bilik və bacarıqlar qazanmasına, həmçinin hərtərəfli inkişafının təmin edilməsinə xidmət edir.