25.09.2026

27 Sentyabr – Anım Günü ilə bağlı dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Qarabağ Regional Təhsil İdarəsində dəyirmi masa keçirilib.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Çıxış edənlər 27 Sentyabr – Anım Gününün tarixi əhəmiyyəti, Vətən müharibəsində şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və onların əziz xatirəsinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti barədə fikirlər səsləndirilib.

 

Sonda 27 Sentyabr – Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.