Məcidov Anar Rafik oğlu 1984-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub.
2006-ci ildə Gəncə Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı müəllimi” ixtisası üzrə bakalavr təhsilini bitirmişdir.
2006-cı ildə Universitetin göndərişi əsasında Qəbələ rayon Uludaşkənd tam orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmişdir.
2006- 2007-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, xidmət müddəti bitdikdən sonra təyinatı üzrə əmək fəaliyyətini davam etdirmişdir.
2009-2010-cu illərdə Oğuz rayon Maluq kənd ümumi orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2010-2011-ci illərdə Oğuz rayon Bucaq kənd tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir.
2011-2013-cu illərdəOğuz rayon Bucaq kənd tam orta məktəbində direktor, 2013-2019-cu illərdəOğuz şəhər E. Abdullayev adına 2 nömrəli tam orta məktəbdə direktor vəzifəsində işləmişdir.
Ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışdığı müddətdə tədrisin keyfiyyətli təşkili və şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsində formalaşması istiqamətində davamlı uğurlar əldə edilmişdir.
Sərhəd hərbi idman oyunları yarışmasında Bucaq kənd tam orta məktəbin komandası respublika final mərhələsinə vəsiqə qazanmış,uğurlu iştirakı ilə fərqlənmişdir.
Oğuz şəhər E. Abdullayev adına 2 nömrəli tam orta məktəb Azərbaycan Respublikası Prezidentinin 21.12.2015-ci il tarixli 1634 nömrəli Sərəncamı ilə “Ən yaxşı ümumi təhsil müəsisəsi” müsabiqəsinin qalibi olmuşdur.
2016-2017 –ci dərs ilində məktəbin şagirdi “Ən yaxşı təqdimat müsabiqəsi”ndə I (birinci) yerə layiq görülmüş,tam orta təhsil pilləsi üzrə “Qızıl medal”la təltif onunmuşdur.
2017-2018 –ci dərs ilində məktəbin digər şagirdi“Ən yaxşı təqdimat müsabiqəsi”ndə II (ikinci) yerə layiq görülmüş, tam orta təhsil pilləsi üzrə “Qızıl medal”la təltif olunmuşdur.
Məktəb 2017-2018 –ci dərs ilində “Məktəblilərin peşə təlimi yolu ilə cəmiyyətə inteqrasiyası” adlı layihə ilə II Qrant müsabiqənin qalibi olmuşdur.
Məcidov Anar Rafik oğlu 2014-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Oğuz rayonu üzrə nümayəndəsi olmaqla yanaşı “Oğuz Bilik Evi”nin yaradılmasında iştirak etmiş, ictimai əsaslarla həmin qrumun direktor vəzifəsini icra etmişdir. Fəaliyyəti dövründə Kitabi Dədə Qorqud Dastanında “Basatın təpəgözü öldürdüyü boy” un Alman dilinə tərcüməsinin 200 illiyinə həsr olunmuş beynəlxalq tədbirdə;
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə həyata keçirilən Qardaşlaşmış məktəblər, İlboyu bilik, Dini abidələrdə tarixin izləri və digər layihələrin icrasında yaxından iştirak etmişdir.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 01.03.2021-ci il tarixli Rəyasət Heyətinin 28 saylı qərarı ilə “Yubiley döş nişanı” ilə təltif edilmişdir.
2019-cu ildəOğuz Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
Fəaliyyəti dövründə rayonun ümümi orta və tam orta təhsil səviyyəsi üzrə göstəriciləri respublika üzrə ön sıralarda olmuş, son üç ildə 17 nəfər şagird respublika fənn olimpiadalarında qızıl və gümüş nişanlarla təltif olunmuş, tam orta təhsil səviyyəsini başa vurmuş şagirdlər isə 4 qızıl, 3 gümüş nişan əldə edərək, xüsusi nümunəli attestatla təhsillərini başa vurmuşlar.
“Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər Rayon Təhsil Şöbələrinin əsasında yaradılmış Qarabağ Regional Təhsil İdarəsinə Təhsil nazirinin müvafiq əmri ilə 29 aprel 2022-ci il tarixdə müdir müavini vəzifəsinə təyin edilib.
Hal-hazırda Qarabağ Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edir.
Ailəlidir, 3 övladı var.