03.12.2024

Onlayn məntiq yarışının ilk həftəsinin qalibləri müəyyən edilib

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 5-ci sinfində təhsil alan və təlim nəticəsi yüksək olan 120 şagird arasında Microsoft Teams platforması vasitəsilə onlayn məntiq yarışı başlamışdır.

 

Yarış hər həftənin cümə günü, saat 15:00-da başlanır.

 

Bu həftə keçiriləcək yarışda iştirakçıların sayının artırılması nəzərdə tutulmuşdur.

Qeyd edək ki, yarışın keçirilməsində məqsəd şagirdlərin məntiqi təfəkkürünü inkşaf etdirmək, müasir bacarıqlar formalaşdırmaqdır.


Açar sözlər: ,