Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Xankəndi şəhəri N.Gəncəvi adına 4 nömrəli və Şuşa şəhəri 1 nömrəli tam orta məktəblərdə tədris prosesinə baxış keçirib, pedaqoji heyətlə görüşüb.
Müəssisədə şagirdlərin inkişafı, təlim nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafı ilə bağlı söhbət aparıb tədrisin keyfiyyət səviyyəsinin yüksəldilməsi istiqamətində müvafiq tapşırıqlar verib.
Görüşün sonunda pedaqoji heyəti maraqlandıran suallar idarə müdiri tərəfindən cavablandırılıb, təkliflər dinlənilib.