23.06.2022

Şagird sayı 500-dək olan məktəblərə vakant direktor vəzifəsinə sənəd qəbulu üçün elan

Qarabağ Regional Təhsil İdarəsi aşağıda adları göstərilən vakant məktəblər üçün direktor vəzifəsinə müsabiqə elan edir.

Namizədlər üçün tələblər:

 

-Pedaqoji ixtisas üzrə ali təhsil;

5 ildən az olmayaraq pedaqoji staj; ( təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il ) ;

-Hazırda ümumi təhsil müəssisəsində müddətsiz əsaslarla pedaqoji fəaliyyət göstərməsi.

 

İşə qəbul prosesi test və müsahibə olmaqla iki mərhələdə həyata keçiriləcək. Şagird sayı 150-dək olan məktəblərdə direktor vəzifəsinə qəbul olunmaq istəyən namizədlər yalnız müsahibə mərhələsində iştirak edəcək, şagird sayı 151-dən 500-dək olan məktəblərdə direktor vəzifəsinə qəbul olunmaq istəyən namizədlər isə həm test, həm də müsahibə mərhələsində iştirak etməlidirlər.

Üstünlük veriləcək namizədlər:

 

-2021-ci ildə keçirilmiş direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanmış, müsahibədə iştirak etməmiş namizədlər.

-Müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirilmə imtahanında yüksək nəticə əldə etmiş şəxslər;

Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:

kadrlar uçotunun şəxsi vərəqəsi;

əmək kitabçasının surəti;

ali təhsil haqqında sənədin və əlavəsinin surəti.

-Müraciət edən namizədlər tələb olunan sənədlər;

-Kadrlar uçotunun şəxsi vərəqəsi,

-Əmək kitabçasının, ali təhsil haqqında sənədin və əlavənin surəti

Namizədlər tələb olunan sənədləri 24.06.2022-ci il tarixdən -30.06.2022-ci il tarixədək Bərdə şəhəri, H.Əliyev prospekti - 1 ünvanında yerləşən Qarabağ Regional Təhsil İdarəsinə təqdim etməlidirlər.

Test imtahanında keçid balı 24 baldır.

2021-ci ildə keçirilmiş direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanmış, müsahibədə iştirak etməmiş namizədlər ilkin mərhələ olan test imtahanından azad olunur, birbaşa müsahibə mərhələsinə dəvət olunurlar.

Müsahibə zamanı yoxlanılacaq meyarlar:

-Vəzifə üzrə nəzəri biliklər;

-İdarəetmə bacarıqları;

-Şəxsi keyfiyyətlər.

Vakansiyalar keçiddə yerləşdirilmişdir:

Şagird sayı 150-dən az olan məktəblər:

https://we.tl/t-dIMGZoh1Py

Şagird sayı 150-dən çox olan məktəblər:

https://we.tl/t-4FDO2Pdku8