18.10.2022

Qarabağ Regional Təhsil İdarəsi müddətsiz əsaslarla çalışan müəllimlərin əvəzçiliyi yolu ilə tədrisini planlaşdırır

Qarabağ Regional Təhsil İdarəsi dərs ili müddətində müxtəlif səbəblərdən  müəyyən dövr üçün vakant (o cümlədən sosial məzuniyyət yeri) elan olunan, lakin tutulmayan  dərs saatlarının İdarənin tabeçiliyində müddətsiz əsaslarla çalışan müəllimlərin əvəzçiliyi yolu ilə tədrisini planlaşdırır.

 

Odur ki, həmin  kateqoriyaya daxil olan müəllimlər keçiddə yerləşdirilmiş linkdə tələb olunan məlumatları qeyd etməklə Qarabağ Regional Təhsil İdarəsinə müraciət edə bilərlər.

 

https://forms.office.com/Pages/ResponsePage.aspx?id=YAr8FHAQQkGfMRuUGHqWH_ydo_0ydSFBoad_mqM02_pUMzJIREQ0S0lGQUY4VE9FMEhSRU9FMUhMTC4u