26.10.2022

Ümumi təhsil müəssisələrində vakant təlim-tərbiyə işi üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə müsabiqə elan edilir

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant təlim-tərbiyə işi üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə müsabiqə elan edilir.

 

Namizədlər üçün tələblər:

 

- pedaqoji ixtisas üzrə ali təhsil;

- 3 ildən az olmayaraq pedaqoji staj;

- hazırda ümumi təhsil müəssisəsində müəllim kimi pedaqoji fəaliyyət göstərmək.

Vakant olan vəzifələrə müraciət edən namizədlər aşağıda qeyd olunan sənədləri 1-5 noyabr 2022-ci il tarixləri arasında Qarabağ Regional Təhsil İdarəsinin müvafiq rayon üzrə təhsil sektoruna təqdim etməlidirlər:

- kadrlar uçotunun şəxsi vərəqəsi,

- şəxsiyyəti təsdiq edən sənədin əsli və surəti;

- əmək kitabçasının çalışdığı müəssisənin rəhbərliyi tərəfindən təsdiq olunmuş surəti;

- ali təhsil haqqında sənədin və əlavənin surəti.

 

Test imtahanında namizədlərə pedaqogika və metodika, əmək və təhsil qanunvericiliyi, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 40 test tapşırığı təqdim edilir. Test imtahanı mərhələsindən 50 faiz nəticə göstərmiş namizədlər növbəti mərhələdə iştirak etmək hüququ qazanırlar.

Müsahibə zamanı yoxlanılacaq meyarlar:

 

- vəzifə üzrə praktiki biliklər;

- idarəetmə bacarıqları;

- şəxsi keyfiyyətlər.

 

Qarabağ Regional Təhsil İdarəsi üzrə vakansiyalarla aşağıda qeyd olunan linkdən tanış ola bilərsiniz.

 

https://we.tl/t-6UFODf0dtD