02.11.2022

Qarabağ Regional Təhsil İdarəsinin tabeçiliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan ümumi təhsil müəssisələri üzrə vakant direktor vəzifələrinə müsabiqə elan edilir

 Namizədlər üçün tələblər:

 

- Pedaqoji ixtisas üzrə ali təhsil;

- 5 ildən az olmayaraq pedaqoji staj;

- Hazırda ümumitəhsil müəssisəsində pedaqoji fəaliyyət göstərmək.

 

Vakant olan direktor vəzifələrinə müraciət edən namizədlər aşağıda qeyd olunan sənədləri 03-14 noyabr 2022-ci il tarixləri arasında Qarabağ Regional Təhsil İdarəsinin müvafiq rayon üzrə təhsil sektoruna təqdim etməlidirlər:

 

- kadrlar uçotunun şəxsi vərəqəsi;

- şəxsiyyəti təsdiq edən sənədin əsli və surəti;

- əmək kitabçasının çalışdığı müəssisənin rəhbərliyi tərəfindən təsdiq olunmuş surəti;

- ali təhsil haqqında sənədin və əlavənin surəti.

 

Şagird sayı 150-dək olan məktəblər üzrə müraciət edən namizədlərlə birbaşa müsahibə təşkil ediləcək.

 

Şagird sayı 151-500 arası olan məktəblərə müraciət edən namizədlərlə əvvəlcə test imtahanı, həmin mərhələdən uğur qazanmış namizədlərlə müsahibə təşkil ediləcək.        2022-ci ildə keçirilmiş direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanmış namizədlər cari müsabiqədə test imtahanından azad olunur,birbaşa müsahibə mərhələsinə dəvət olunurlar.

 

Müsahibə zamanı yoxlanılacaq meyarlar:

- vəzifə üzrə nəzəri biliklər;

- idarəetmə bacarıqları;

- şəxsi keyfiyyətlər.

 

Qarabağ Regional Təhsil İdarəsi üzrə vakansiyalarla aşağıda qeyd olunan linkdən tanış ola bilərsiniz.

 

https://we.tl/t-dACp02y5VK