09.01.2023

Eksternat imtahanlarının vaxtı bəlli olub

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində eksternat qaydasında aralıq imtahanları 13 yanvar 2023-cü il tarixində saat 15:00-da aşağıda göstərilən mərkəzlərdə təşkil olunacaq:

 

1. Şuşa şəhər 1 nömrəli tam orta məktəb (Ünvan: Bakı şəhəri, Yeni Yasamal 2, Ə.Əsədov küçəsi 15H );

Qeyd: Yuxarıda qeyd olunan ünvanda  Bakı və Abşeronda yaşayan Ağdam, Füzuli, Xocalı və Xocavənd, Şuşa məktəblərində təhsil alan vətəndaşlar iştirak edəcək;

2. Ağcabədi şəhər, M.F.Axundov adına 3 saylı məktəb-lisey, F.Əlizadə küçəsi №1;

3. Ağdam rayonu, Quzanlı yeni qəsəbə 689, 18 nömrəli tam orta məktəb;

4. Bərdə şəhəri, N. Nərimanov adına 3 nömrəli tam orta məktəb, 20 yanvar küçəsi-26;

5. Füzuli rayonu, Bala Bəhmənli kəndi, Bala Bəhməni kənd  tam orta məktəbi,

6. Tərtər rayonu R.Nuriyev adına 6 nömrəli tam orta məktəb, Nizami küçəsi.

           İmtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.

        Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.