10.01.2023

İdarə müdirinin vətəndaşlarla növbəti görüşü keçiriləcək

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülovun vətəndaşlarla növbəti görüşü Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində yanvarın 11-də saat 10:00-dan 13:00-a kimi keçiriləcək.

Vətəndaşlar qəbula yazılmaq üçün onlayn qeydiyyatdan keçə, həmçinin "qaynar xətt" ünvanımıza və ya rəsmi facebook səhifəmizin mesaj bölməsinə müraciət edə bilərlər.

Qeyd edək ki, qəbulun keçirilməsində əsas məqsəd yerlərdə vətəndaşları maraqlandıran məsələlərə operativ cavab vermək, təhsilin keyfiyyətini yaxşılaşdırmaq və məktəblərdə şəffaf mühit formalaşdırmaqdır.