13.01.2023

İdarə müdirinin növbəti görüşü Ağcəbədi rayonunda yanvarın 18-də keçiriləcək

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülovun vətəndaşlarla növbəti görüşü Ağcəbədi rayonunda yanvarın 18-də saat 10:00-dan 13:00-a kimi keçiriləcək.

 

Görüş Ağcəbədi rayon təhsil sektorunun binasında baş tutacaq.

 

Vətəndaşlar qəbula yazılmaq üçün onlayn qeydiyyatdan keçə, həmçinin "qaynar xətt" ünvanımıza və ya rəsmi "Facebook" səhifəmizin mesaj bölməsinə müraciət edə bilərlər.

 

Qeyd edək ki, qəbulun keçirilməsində əsas məqsəd yerlərdə vətəndaşları maraqlandıran məsələlərə operativ cavab vermək, təhsilin keyfiyyətini yaxşılaşdırmaq və məktəblərdə şəffaf mühit formalaşdırmaqdır.