02.08.2023

Avqustun 3-də Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək

Avqustun 3-də Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək.

 

İmtahan Bərdə şəhər N. Nərimanov adına 3 nömrəli tam orta məktəbin inzibati binasında təşkil olunacaq.

 

Psixoloq vəzifəsi üzrə işə qəbul olmaq istəyən 115 nəfər namizəd qeydiyyatdan keçib. İmtahanın keçiriləcəyi yer və saat barədə məlumat namizədlərə məlumat verilib.

 

İmtahana buraxılışın, qeydiyyat və yerləşdirmənin təşkili zərurəti ilə əlaqədar iştirakçılardan təyin edilmiş vaxtdan 30 dəqiqə əvvəl imtahanın keçirildiyi məntəqədə olmaları xahiş edilir.

 

İştirakçı imtahana gələrkən şəxsiyyət vəsiqəsini təqdim etməlidir.