22.08.2023

Avqustun 23-dən etibarən yardımçı pedoqoji heyət vəzifələri üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsinə başlanılacaq

Avqustun 23-dən etibarən yardımçı pedoqoji heyət vəzifələri üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsinə başlanılacaq.

 

Qeyd edək ki, test imtahanında namizədlərə 40 sual (20 sual müvafiq vəzifə üzrə, 20 sual İKT bacarıqları və məntiqi təfəkkürü yoxlayan tapşırıqlar olmaqla) təqdim edilib.

 

Sual kateqoriyalarının hər ikisi üzrə 50% nəticə əldə etmiş namizəd test imtahanından uğur qazanmış hesab edilərək müsahibə mərhələsinə dəvət ediləcək.

 

Müsahibə mərhələsinə dəvət olunan şəxslərə öncədən məlumat veriləcək.