Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələri üzrə əvəzçilik qaydasında işləmək istəyən müəllimlər üçün qeydiyyat prosesi başlayıb.
Müraciətlərin dəyərləndirilməsi zamanı nəzərə alınacaq əsas meyarlar aşağıda qeyd olunmuşdur:
- Namizədin müddətsiz əmək müqaviləsi ilə çalışması
- DQ və yaxud MİQ göstəricisinin yüksək olması
- Əsas iş yeri üzrə dərs yükünün 18 saatdan aşağı olması.
Qeyd edək ki, əvəzçilik qaydasında işləmək istəyən müəllimlərin əsas iş yeri ilə ikinci iş yeri arsındak olan məsafə nəzərə alınmaqla baxılacaqdır (Nümunə əsas iş yeri Goranboy, əlavə iş yeri Bərdə rayonu).
Qeydiyyatdan keçmək istəyən namizədlər aşağıda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Qeydiyyat prosesi başa çatdıqdan sonra uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Qeyd: Son qeydiyyat tarixi 22.09.2023