13.11.2023

Eksternat qaydada imtahanların keçirilməsi barədə elan

 

Əvvəlki illərdə ümumi təhsil müəssisələrində təhsil alıb, lakin ümumi və ya tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər üçün 15 noyabr 2023-cü il tarixdən 26 dekabr 2023-cü il tarixədək eksternat qaydada ümumi orta və ya tam orta təhsil haqqında təhsil sənədi almaq məqsədilə sənəd qəbulu həyata keçiriləcəkdir.

 

Eksternat qaydada aralıq imtahanlarında Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslər iştirak edə bilərlər.

 

İmtahanda iştirak etmək istəyən şəxs aşağıdakı tələb olunan sənədləri Qarabağ Regional Təhsil İdarəsinin müvafiq rayon üzrə təhsil sektoruna təqdim etməlidir.

 

1. Qarabağ Regional Təhsil İdarəsi müdirinin adına ünvanlanmış ərizə

2.Şəxsiyyət vəsiqəsinin surəti;

3.Tam orta təhsil səviyyəsi üzrə müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın (şəhadətnamənin) surəti;

4.Əvvəllər oxuduğu müəssisədən təhsil aldığı sinfi və tədris ili göstərilmiş arayış.

 

Ümumi orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edən şəxslərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edənin yaşı 18-dən aşağı olmamalıdır.

Müraciət edən şəxslər buraxılış imtahanlarından öncə əsas fənlərdən ibarət aralıq imtahanında iştirak edirlər.

 

Tədris dili rus dilində olan şəxslər əlavə olaraq Azərbaycan dili fənnindən imtahan verməlidirlər. Aralıq imtahanlarının cari ilin dekabr ayının sonlarında təşkil olunması nəzərdə tutulmuşdur.

Nəticələr Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarına kimi açıqlanır. İmtahanlarında uğur qazanmış namizədlər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququ qazanırlar.