10.07.2024

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsi başlandı

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə elan olunmuş vakantlar aşağıda göstərilmişdir.

Vakansiya seçimi mərhələsi başa çatdıqdan sonra müsahibə mərhələsi zamanı aşağıdakılar nəzərə alınacaqdır :

 

* Müraciət üçün verilmiş vaxt bitdikdən sonra namizədlərin test imtahanında topladığı bala əsasən müraciət edənlər arasında ən yüksək bal toplamış namizəd müsahibəyə dəvət ediləcəkdir. Bu namizəd uyğun olmazsa, müraciət edənlər arasından bal sıralamasına uyğun olaraq növbəti namizəd dəvət ediləcəkdir.

 

* Yerlərə görə müsahibəyə dəvət zamanı nəzərə alınan müsabiqə balı azala bilər, lakin bu 24 baldan az ola bilməz.

 

* Müsahibəni keçməyən və ya qeydiyyatdan keçib lakin müsahibəyə dəvət edilməyən namizədlər gələcəkdə təşkil ediləcək müsahibələrə yenidən müraciət edə bilərlər. (Namizədin topladığı bal 1 il üçün keçərlidir.)

 

* Tərbiyəçi müəllimlərin işə qəbul müsabiqəsinin (test mərhələsində) iştirak etmiş və minimum 24 bal nəticə göstərmiş şəxslər aşağıda qeyd edilmiş linkə daxil olaraq vakansiya seçərək müsahibə mərhələsində iştrak etmək üçün qeydiyyatdan keçə bilərlər.

 

* Namizədlər yalnız bir vakant yer seçə bilər.

 

Qeyd: Qeydiyyatdan keçən zaman məlumatlarınızı doğru qeyd etməyiniz xahiş olunur.

 

https://forms.gle/mHPWUwhffwuVvvDf9