Psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı müsabiqə elanı
Ümumi təhsil müəssisələrində çalışan psixoloq və xüsusi təhsil sahəsində təcrübəsi olan ibtidai sinif müəllimlərinin nəzərinə:
Qarabağ Regional Təhsil İdarəsi psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı sağlamlıq imkanları məhdud uşaqların diaqnostikasını aparmaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul etmək, valideynlərə və ya digər qanuni nümayəndələrə müvafiq məsləhətlər vermək istəyən şəxslər üçün müsabiqə elan edir.
Vakantlar:https://docs.google.com/spreadsheets/d/17EE7xBt8hwKwLKtYV0pB6hKjokYhTxr3xA3yJog4fJ4/edit?usp=sharing
Namizədlər üçün tələblər:
- Psixoloq və ya ibtidai sinif müəllimliyi ixtisas üzrə ali təhsil;
- 3 ildən az olmayaraq pedaqoji staj;
- Hazırda təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərməsi.
- 51 baldan yüksək sertifikasiya nəticəsi.
Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- ali təhsil haqqında sənədin və əlavəsinin surəti;
- xüsusi təhsil sahəsində əlavə təhsil, iştirak etdiyi təlimlər, seminarlarda iştirakını təsdiq edən sənədlərin surəti;
- əmək kitabçasının surəti.
Namizədlərdən tələb olunan sənədləri 18 fevral 2025-ci il tarixindən 28 fevral 2025-ci il tarixinədək rayonlar üzrə təhsil sektorlarına təqdim etmələri xahiş olunur.